“O, “Simurq”la oyunda səhvlərə yol verdi”
28.09.2011 - 00:29
“Sarğım açılıb, qolumdakı mili də bir həftə əvvəl çıxarıblar. İndi onun yerinə tikiş atıblar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in qapıçısı Elşən Poladov deyib.
Yayda Gəncə təmsilçisi ilə anlaşan Poladov üçün ilk 2 tur uğurlu alınsa da, qolkiperin sonradan qolunun sınması işləri korlayıb.
Belə ki, III turdan etibarən əyalət klubunun qapısını rusiyalı Konstantin Kolesnikov qoruyur. Poldaovun yaşıl meydanlara dönüşü isə təxminən I dövrənin sonuna təsadüf edəcək. Hələ məşqlərə başlamayan futbolçu bunun səbəbini belə izah edib: “Tikiş söküldükdən sonra fərdi məşqlərə başlayacam. Qolumdakı “şruplar”ın açılması uzun çəkəcək. Bu, təxminən noyabrda olacaq”.
Qapıçı Kolesnikovun oyununa da qiymət verib: “Simurq”la oyunda səhvlərə yol verdi. Ancaq digər matçlarda daha yaxşı dayanıb, hətta komandanı real qollardan da xilas etməyi bacarıb”.
Lakin futbolçu əvvəlki mövqeyini geri qaytaracağı istiqamətində heç bir problem görmədiyini vurğulayıb: “Əsas odur ki, məşqlərə başlayım. Bundan sonra ciddi hazırlaşıb öz mövqeyimi geri qaytaracam”.

0
0