Mario Rosas: Premyer Liqa kənardan göründüyü qədər zəif deyil
27.09.2011 - 20:05
Mario Rosas: Premyer Liqa kənardan göründüyü qədər zəif deyil
“Azərbaycan Premyer Liqası kənardan göründüyü qədər zəif deyil”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Mario Rosas deyib.

Ölkəmizdə ilk ispaniyalı futbolçu olan Rosas bildirib ki, Azərbaycan Premyer Liqasını İspaniyanın 2-ci divizionu ilə müqayisə etmək olar: “Barselona” və “Xəzər Lənkəran”a gəlincə, bəlkə də bu müqayisəni başqa cür başa düşə bilərlər. Lakin İspaniya və Azərbaycan futbol tarixinə görə fərqlənirlər. “Barselona” və “Xəzər Lənkəran” öz ölkələrində ən güclüdürlər. Ona görə də komandamı “Barselona”ya bənzədərdim”.