Berti Foqts üçün şad xəbər
27.09.2011 - 23:26
Azərbaycan millisinin və “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev Türkiyədən qayıdıb. Apasport.az saytının məlumatına görə, gənc futbolçu qardaş ölkədə müayinədən keçib.
Komandasının “Xəzər Lənkəran”la oyununda Elnur Allahverdiyevlə mübarizədə zədə alan futbolçunun 2 ay yaşıl meydançalardan kənarda qalacağı gözlənilsə də, Türkiyədə Raufa şad xəbər verilib. Belə ki, onun ən qısa zamanda futbol oynamasında problem qalmayıb.
Bu barədə apasport.az saytına danışan Əliyev cümə günü “Turan”a qarşı oynaya biləcəyini istisna etməyib: “Mən zədədən sonra bərpa prosesini çox yaxşı keçirəm. Türkiyədə məlum oldu ki, zədəm elə də ciddi deyil. Artıq bu gün (dünən) fərdi planda hazırlaşdım. Sabahdan (bu gündən) isə komanda ilə birgə hazırlığımı bərpa edəcəyəm. Qismət olsa, “Turan”la qarşılaşmada meydançaya çıxacağam. Bu xəbər Avstriya və Türkiyə oyunları qabaq lap yerinə düşdü. Əgər Berti Foqts dəvət göndərsə, çıxıb öz sözümü deyəcəyəm”.
Qeyd edək ki, Rauf Əliyev Belçika və Qazaxıstanla oyunlarda qol vurmağı bacarıb.

0
0