Sumqayıtda 6 qol
28.09.2011 - 08:54
Sumqayıtda 6 qol
Son qarşılaşmada “Simurq”la 2:2 hesablı heç-heçə edən “Sumqayıt Şəhər”in əvəzediciləri yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “Əlincə” klubu ilə üz-üzə gələn Vaqif Paşayevin komandası rəqibini 4:2 hesabı ilə məğlub edib. “Sumqayıt Şəhər”in heyətində Vurğun Həsənzadə (2), Sərxan Abaslı və German Zeynalov fərqləniblər.

Qeyd edək ki, əvəzedici heyətlərin çempionatının VIII turu çərçivəsində “Sumqayıt Şəhər” sentyabrın 29-da “Kəpəz”in qonağı olacaq.

Mənbə: pfl.az