“Neftçi” və AZAL-ın müdafiəçiləri İrəvana gedir
28.09.2011 - 09:02
“Neftçi” və AZAL-ın müdafiəçiləri İrəvana gedir
Makedoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Con Toşak Avro-2012-nin oktyabrda keçiriləcək seçmə oyunlarında güvənəcəyi heyəti müəyyənləşdirib.

Oktyabrın 7-də İrəvanda Ermənistan, 11-də Skopyedə Slovakiya ilə qarşılaşacaq Makedoniya yığmasına Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu da çağırılıb. Bunlar “Neftçi”nin müdafiəçisi İqor Mitreski və AZAL-ın arxa xətt oyunçusu Robert Petrovdur. Mitreskinin paytaxt təmsilçisindəki komanda yoldaşı Slavço Georgiyevski isə bu dəfə də heyətən kənar qalıb.

Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsində Slavço 5, İqor 4 oyun keçiribsə, Robert hələ meydana çıxmayıb.