“Dalğa Arena”dan Qəbələyə
28.09.2011 - 09:07
“Rəvan” Azərbaycan Premyer Liqasının növbəti turundakı oyuna hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, sentyabrın 30-da “Qəbələ”nin qonağı olacaq debütant məşqlərini Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirir. “Rəvan” ev oyunlarını keçirdiyi stadionda hazırlığını yekunlaşdırdıqdan sonra ardıcıl 2-ci həftə Qərb bölgəsinə səfərə çıxacaq. Mövsümdə ilk qələbəsini baş məşqçi postuna qayıdan Vladislav Qədirovun rəhbərliyi altına qazanan paytaxt təmsilçisinin düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür.
Qeyd edək ki, “Qəbələ” – “Rəvan” oyunu saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” – “Rəvan” oyunu saat 16:00-da başlayacaq.
0
0