Daha bir almaniyalı milli komandada
28.09.2011 - 09:29
Daha bir almaniyalı milli komandada
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Türkiyə yığması daha bir Almaniya vətəndaşını sıralarına qatır. Apasport.az saytının məlumatına görə, qonşu ölkə yığmasının nümayəndələri Leverkuzen “Bayer”ində çıxış edən Ömər Toprakın millidə oynamaq razılığını alıb.

22 yaşlı müdafiəçinin milliləşməsi ilə bağlı prosedur da artıq başlayıb. Türkiyə Futbol Federasiyası Almaniya vətəndaşı olan istedad üçün Türkiyə pasportunun alınması yönündə işə başlayıb. Bundan sonra o, millidəki almaniyalıların sayını artırıb, Hamit Altıntop, Nuri Şahin kimi futbolçulara qoşulacaq.

Qeyd edək ki, Toprak Almaniyanın U-19 yığmasında çıxış edib.