Mirça Rednik birdən-birə 2 yubileyi qeyd etdi
28.09.2011 - 09:38
Mirça Rednik birdən-birə 2 yubileyi qeyd etdi
Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” ilə ev oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün 2 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komanda rumıniyalı çalışdırıcısının rəhbərliyi altında 25-ci dəfə meydandan qalib ayrılıb. İndiyədək müxtəlif yarışlarda cənub təmsilçisi 47 görüşə çıxaran Rednik 25-ci, yubiley qələbəsini qazanan 3-cü mütəxəssis oldu. Ona qədər Ağasəlim Mircavadov və türkiyəli Rasim Kara bu qədər qələbə sevinci yaşamışdı.

“Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri görüşdə vurulan ilk qol da Rednik üçün əlamətdar olub. Belə ki, portuqaliyalı yarımmüdafiəçi Antonio Semedonun qolu Rednikin rəhbərliyi altında çempionatda vurulan 50-ci top olub. Bunun üçün rumıniyalının yetirmələrinə 39 matç yetərli olub.

Mənbə: lankaranfc.com