Azərbaycan – Avstriya görüşünün hakimləri məlum oldu
28.09.2011 - 09:54
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya ilə oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək görüş Stefan Studerin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadasına tapşırılıb.
Ona Manuel Navarro, Sandro Pozzi və Alan Byeri yardımçı olacaq. Hakimlərin işinə italiyalı hakim-inspektor Luciano Luci qiymət verəcək. UEFA nümayəndəsi estoniyalı Oleq Harlamov təyin olunub.
Ona Manuel Navarro, Sandro Pozzi və Alan Byeri yardımçı olacaq. Hakimlərin işinə italiyalı hakim-inspektor Luciano Luci qiymət verəcək. UEFA nümayəndəsi estoniyalı Oleq Harlamov təyin olunub.
0
0