Andreas İvanşits: Bakıda oynayacağım üçün çox xoşbəxtəm
28.09.2011 - 10:38
Andreas İvanşits: Bakıda oynayacağım üçün çox xoşbəxtəm
“Çox şadam ki, Avstriya yığmasının baş məşqçi əvəzi Villi Ruttensteyner məni milliyə çağırdı. Bakıdakı görüşdə komandada oynayacağıma görə çox xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya millisinin futbolçusu Andreas İvanşits deyib.

2 il yarımdan uzun sürən fasilədən sonra yenidən yığmaya dəvət olunan yarımmüdafiəçi dönüşünü Bakıda qeyd edəcək. Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 7-də Bakıda baş tutacaq matçında millimizlə görüşəcək Andreas buna çox sevinir: “Ruttensteynerin dəvəti məndə özünəinamı artırdı. Mənə özümü yığmanın 1 parçası kimi hiss etmək imkanı verdi. Uzun fasilədən sonra yığmaya qayıtmaq mənə yalnız müsbət hisslər bəxş edir və hər hansı çətinlikdən çəkinmirəm”.