Millimiz üçün “skvoş” həvəskarı
28.09.2011 - 11:15
Avro-2012-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Avstriya oyununun hakimi Stefan Studerin kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, isveçrəli ədalət təmsilçisi karyerası boyu komandalarımızla üz-üzə gəlməyib. Lakin Studerin futbol həyatı maraqlı məqamlarla doludur.
Ad günü. Oktyabrın 7-də “Dalğa Arena”da fit çalacaq referi 2 gündən sonra 36 yaşını qeyd edəcək. Futbolçuların ona ən böyük hədiyyəsi isə Studeri çox əziyyətə salmamaq olar.
Dünya çempionatı. 2009-cu ildən FİFA referisi olan Studer UEFA-nın 2-ci kateqoriyasına daxildir. Onun karyerasında ən yüksək hədd U-17-lər arasında bu il Meksikada keçirilən dünya çempionatının final mərhələsidir.
Xəstəxana direktoru. Hakimliklə yanaşı, digər peşəsi də olan Studer İsveçrədəki xəstəxanaların birində çalışır. O, inzibati hospitalın direktorudur.
Poliqlot. 36 yaşlı hakimin çoxdilli ölkə olan İsveçrədən olması, Studerin özünə də təsir edib. O, fransız, ingilis və alman dillərini bilir.
Futbolçu. Studer vaxtilə futbol da oynayıb. Özü də peşəkar səviyyədə. O, 1982-87-ci illərdə “Grand Lansi” klubunda forma geyinib. Lakin Cenevrə təmsilçisinin heyətində ağır zədə alan Stefan futbolçu olmaqdan vaz keçib.
“Dalğa Arena”da badminton. Studerin maraqları isə Azərbaycan üçün az qala ekzotikdir. Ölkəmizdə demək olar mövcud olmayan “skvoş” oynamağı sevən referi badminton oynamaq üçün də “raketka” axtaracaq. Amma onun başqa maraqları da var: şahmat və ədəbiyyat.

0
0