“Qrupumuzda Azərbaycan yığması varsa, arxayınlaşmaq olmaz”
28.09.2011 - 11:21
“Qrupumuzda Azərbaycan yığması varsa, arxayınlaşmaq olmaz”
“Komandamıza və özümə inanıram. Çox gərgin məşqlər keçmişik, bunun da bəhrəsini seçmə mərhələni keçməklə görəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət İspaniya millisinin qapıçısı Anne Zuazola Oçoa deyib.

O, Avro-2012-nin seçmə mərhələsinin Bakıda keçiriləcək oyunları haqda danışıb: “Bosniya və Herseqovina, Ukrayna, Azərbaycan – bu komandaların 2-si heç vaxt final mərhələsində oynamayıb. Lakin biz arxayınlaşa bilmərik. Çünki qrupumuzda Azərbaycan yığması var. Onlar gələn il dünya çempionatına ev sahibliyi edəcəklər. Bu üzdən ciddi hazırlaşırlar. Biz isə öz işimizi görüb qrup qalibi olmalıyıq. Düşünürəm ki, bunu bacaracağıq”.

Qeyd edək ki, seçmə mərhələnin Bakıdakı oyunları sentyabrın 30-da start götürür.