“Xəzər Lənkəran” oyun baxımından hamını üstələyir”
28.09.2011 - 11:51
“Xəzər Lənkəran” oyun baxımından hamını üstələyir”
“İndiki vəziyyətdə ilk “altılığ”a düşmək uğrunda mübarizə aparırıq. Səfərdə və evdə keçirilən görüşlərdə rəhbərlik qarşımıza ancaq və ancaq 3 xal qazanmaq məqsədi qoyur. Amma futbol təkcə qələbələrdən ibarət deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Gəncənin “Kəpəz” klubunun kapitanı Azər Məmmədov deyib.

35 yaşlı futbolçu indiki komandalar arasında ciddi fərq olmadığını söyləyib: “Hazırda zəif rəqib yoxdur. Əgər “Simurq” bizim qapımıza 4 qol vurursa, deməli, autsayder anlayışı qalmayıb. Sözsüz ki, çempionluğa namizədlər yavaş-yavaş bəlli olmağa başlayır”.

Uzun müddət iddialı elita klublarının formasını geyinmiş Məmmədov hazırkı klublardan yalnız “Xəzər Lənkəran”ı fərqləndirir. Onun fikrincə, ilk 7 turda “Xəzər Lənkəran” oyun baxımından hamını üstələyir: “Yalnız “Xəzər Lənkəran”ı birinci dərəcəli tutmaq olar. Bu komandanın heyətində kifayət qədər yaxşı futbolçular var. Amma onlar da məğlubedilməz deyil”.