“Bakıda oynamaq üçün alışıb-yanıram”
28.09.2011 - 12:29
“Bakıda oynamaq üçün alışıb-yanıram”
“Bakıda keçiriləcək seçmə mərhələ oyunlarına əla hazırlaşmışıq. Özümüzü də yaxşı hiss edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət İspaniya milli komandasının futbolçusu Klara Aranquren deyib.

Gənc qapıçı Avro-2012-nin Bakıda keçiriləcək seçmə oyunları ərəfəsində iddialı olduğunu açıqlayıb: “Oyunların başlamasını gözləməyə səbrimiz çatmır. Bakıda oynamaq üçün alışıb-yanırıq. Bu çox yaxşı haldır. Əminəm ki, öz oyunumuzu oynayıb istəyimizə çatacağıq”.

Qeyd edək ki, seçmə mərhələnin Bakıda mübarizə aparacaq qrupunda Azərbaycan, İspaniya, Ukrayna, Bosniya və Herseqovina milliləri mübarizə aparacaq.