Vüqar Nadirov: “Turan”ın son durumu bizi maraqlandırmır
28.09.2011 - 12:41
“Turan”la oyuna ciddi hazırlaşırıq. Tovuz klubunun son durumu bizi futbol baxımından maraqlandırmır. Meydana çıxan komanda futbol oynamağa çıxır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Vüqar Nadirov klubunun rəsmi saytına açıqlamasında deyib. Uzun müddət zədə üzündən oynamayan 24 yaşlı hücumçu qayışını uğurla qeyd etdi. Əsas heyətdə meydana çıxan yarımmüdafiənin sağ cinahında Əfran İsmayılovu layiqincə əvəzlədi və hər 3 qolda yaxından iştirak etdi.
Vüqar bu uğurlu çıxışını davam etdirmək istəyir: “Əslində belə komandalara qarşı oynamaq çətin olur. Hər kəs rahat oyun gözlədiyindən, rəqib üçün əlavə qıcıq doğurur. “Turan” köklü klublardan biridir. Onlar da sona qədər mübarizə aparacaqlar. Yaxşı futbolçuları var. Oyun eyni zamanda fərqli məkanda keçiriləcək. Həm bizim, həm də rəqib üçün “Dalğa Arena”da ilk oyun olacaq. Amma meydanın düz olması maraqlı futbol olacağına işarədir”.
Nadirov belə uzun müddət futboldan kənarda qalmağını xatırlamır: “Mövsümə yaxşı başlamışdım. “Banqa” ilə ilk oyunda 2 qol vurmuşdum. “Brügge” ilə zədələndiyim oyuna isə xüsusi hazırlamışdım. Özümə deyirdim ki, bu, mənim oyunum olacaq. Amma qismət elə oldu ki, oyun başlayan kimi zədələndim. Heç yadıma gəlmir ki, belə uzun müddət futboldan uzaq qalım. Ona görə futbol üçün darıxmışam. Şükür Allaha ki, zədəm artıq geridə qaldı. İnanıram ki, bu il mənim üçün uğurlu olacaq. Doğma komandamda çempionluq yaşamaq istəyirəm”.

0
0