“Azərbaycan öz oyununu göstərdikdə onlara qarşı mübarizə aparmaq çətindir” - FOTO
28.09.2011 - 13:18
“Biz rəqibimizi yaxşı analiz etmişdik. Bilirdik ki, onların heyətində 3 təhlükəli voleybolçu var”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiya milli komandasının voleybolçusu Laura Diykema deyib.
O bildirib ki, Avropa çempionatının final mərhələsinin pley-off mərhələsində Azərbaycanla oyun heç də arzuladıqları kimi başlamayıb: “Azərbaycan yığması öz oyununu göstərdikdə onlara qarşı mübarizə aparmaq çətindir. İlk 2 setdə də belə hal yaşandı. Biz daimi təzyiq altında idik”.
Diykemanın sözlərinə görə, Faiq Qarayevin yetirmələrinin uğurlu çıxışını dayandırmaq üçün taktiki gediş kifayət edib: “İkinci setin sonu oyunda dönüş nöqtəsi oldu. Biz azərbaycanlılar 1 xal qazanmasına imkan vermədik və hissəni tay-brekə daşıdıq. Burada isə əla oyun qələbəmizlə nəticələndi. Bundan sonra onlar zəiflədilər, biz isə əksinə əla oynadıq. Nəticədə biz 3-cü və 4-cü setləri asan qazandıq”.
Qeyd edək ki, Hollandiyaya 1:3 hesablı məğlubiyyət Azərbaycan yığmasının Avropa çempionatı ilə vidalaşması ilə nəticələnib.

0
0