Yığmamızın oyunçusu Ukrayna çempionunun tarixinə düşdü
28.09.2011 - 13:39
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın azad olduğu mərhələdə azarkeşlərimizin diqqəti Ukrayna təmsilçisinə yönəlib.
Belə ki, öz ölkəsinin çempionu olan “Uraqan”ın heyətində yığmamızın 2 oyunçusu çıxış edir. Milliləşən braziliyalılar Serjao və Biro Jadenin çıxış etdiyi komanda UEFA kubokundakı debüt mövsümündə ilk matçını keçirib.
Kiprin “Omoniya” komandası ilə görüşən ukraynalılar 6:4 hesabı ilə qalib gəlib. Komandası 0:2 hesabı ilə uduzarkən səhnəyə çıxan Serjao əzmkar qələbənin əsasını qoyub. 13-cü dəqiqədə onun vurduğu qol “Uraqan”ın avrokuboklar tarixinə ilk qol kimi düşüb. Serjao 39-cu dəqiqədə dublunu rəsmiləşdirərək matçda son nöqtəni qoyub.
Qeyd edək ki, “Uraqan” 2-ci oyununda İsrail təmsilçisi “Asa Ben Qurion”la görüşəcək.

0
0