“Neftçi”nin oyununa pulsuz giriş
28.09.2011 - 14:20
“Neftçi”nin oyununa pulsuz giriş
Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi" ilə qarşılaşacaq "Simurq" klubunun rəhbərliyi azarkeşləri stadiona cəlb etmək üçün addım atıb. Apasport.az saytının məlumatına görə, "Simurq" - "Neftçi" oyununa giriş pulsuz olacaq. Ölkə çempionu ilə görüşə daha çox azarkeş cəlb etmək üçün belə qərar verilib.

Qeyd edək ki, "Simurq" - "Neftçi" matçı sentyabr ayının 30-u keçiriləcək. Oyunun başlama vaxtı 19:00-dır.