Turun 3 oyunu 3 kanalda
28.09.2011 - 14:32
Turun 3 oyunu 3 kanalda
Azərbaycan Premyer Liqasının VIII turunun oyunlarının yarısı canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, 6 görüşdən 3-ü ayrı-ayrı telekanallarla göstəriləcək. Saat 16:00-da start götürəcək “Qəbələ” – “Rəvan” matçını “Lider” yayımlayacaq. Bundan 2 saat sonra Bakıda keçiriləcək matçlar – “Bakı” - AZAL (Tofiq Bəhramov adına Respublika stadionu) Az.TV, “Qarabağ” – “Turan” (“Dalğa Arena”) “İdman Azərbaycan”la birbaşa efirə veriləcək.