Vaqif Cavadovun komandası üçün uğurlu püşk
28.09.2011 - 14:36
Vaqif Cavadovun komandası üçün uğurlu püşk
Bu gün Rusiya kubokunda ¼ final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun oynadığı komanda növbəti mərhələdə evdə “Terek”lə görüşəcək. Nij-Novqorod təmsilçisi kubokun cari mövsümündə daha çox səfərdə oynadığından, bu dəfə öz meydanında çıxış etmək və bu üstünlükdən istifadə edərək, yarımfinala çıxmaq imkanı qazanıb. ¼ finalda qalib bir oyunla müəyyənləşəcək. Görüşlər gələn ilin yazıda keçiriləcək. Dəqiq tarix sonradan müəyyənləşəcək.

Qeyd edək ki, “Volqa” ötən mərhələdə səfərdə Moskva “Spartak”ını oyun sonrası penaltilər seriyası ilə yenmiş və bu zərbələrdən birini Vaqif dəqiq yerinə yetirmişdi.