“Volqa”ya yeni futbolçu almağa qadağa qoyuldu!
28.09.2011 - 15:27
“Volqa”ya yeni futbolçu almağa qadağa qoyuldu!
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun oynadığı “Volqa” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının ciddi ölçü götürdüyü 3 klubdan biri Nijni-Novqorod təmsilçisi olub. Qurumun Mübahisəli Məsələlər üzrə Palatasının növbəti yığıncağında “Volqa”nın yeni futbolçuları qeydiyyatdan keçirməyə qadağa qoyulması haqda qərar çıxarılıb. Bu isə komandanın futbolçusu Sergey Yaşinə borcunun olmağı ilə bağlıdır. Premyer Liqa təmsilçisi bu problemi həll edəndən sonra yeni transferlər edə biləcək.

Qeyd edək ki, Vaqif bu ilin iyununda Hollandiyanın “Tvente” klubu ilə müqaviləsini pozaraq “Volqa” ilə rəsmən anlaşdı.