Braziliya yığması tarazlığı pozdu
29.09.2011 - 09:43
Braziliya və Argentina milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Cənubi Amerikanın 2 ən güclü yığması növbəti dəfə münasibətlərini ayırd ediblər. Lukasın 54-cü, Neymarın 75-ci dəqiqədə vurduğu qollar braziliyalılara qələbə qazandırıb – 2:0.
Bununla da 2 yığma arasında oyunların ümumi balansındakı tarazlıq pozulub. Belə ki, bu görüşədək 90 dəfə üz-üzə gələn rəqiblər hərəyə 33 dəfə qalib gəlmişdi. Bu qələbədən sonra 24 dəfə heç-heçə edən cənubi amerikalıların duellərində üstünlük braziliyalılar tərəfə keçib.

0
0