Vaqif Sadıqovun “Anji”dəki işi başqa məşqçiyə tapşırıldı
29.09.2011 - 09:49
Rusiyanın “Anji” klubunun baş məşqçisi postunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin rəhbərliyi ötən ilin yazında sükanı arxasına gətirdiyi Hacı Hacıyevi istefaya göndərmək haqda qərar çıxarıb. Komandanı yaxın vaxtda onun köməkçilərindən biri çalışdıracaq. Ancaq bu, Hacıyev cəzalı olduğundan, “Anji”ni son 3 oyuna çıxaran məşqçimiz Vaqif Sadıqov olmayacaq. Komandanı növbəti turda oktyabrın 2-də “Lokomotiv”lə ev oyununa gənc Andrey Qordeyev hazırlayacaq. Halbuki Mahaçqala təmsilçisini də bu görüşə Sadıqov çıxarmalı idi.
Ən maraqlısı odur ki, Qordeyevə məşhur Roberto Karlos kömək edəcək. Qış fasiləsində “Anji”yə keçən 38 yaşlı dünya çempionu tezliklə kapitan təyin edildi və hazırda oynayan məşqçi funksiyasını icra edəcək.
Sadıqovun da işindən azad olunmağı açıqlanmasa da, onu Mahaçqala klubuna məhz Hacıyevin gətirdiyini nəzərə alsaq, bunun reallaşacağını demək olar. “Anji”nin rəhbərliyi baş verənlərlə bağlı heç bir rəsmi açıqlama verməyib. Onu da bildirirlər ki, “Anji”nin həkimi və qapıçılarla məşqçisi Hacıyevlə birgə gedəcək. Dağıstanlı mütəxəssis 1999-2001, 2003-cü ildə də komandaya rəhbərlik edib.
Qeyd edək ki, Sadıqov ötən qış fasiləsində “Anji”də gəlib.

0
0