“Xəzər Lənkəran”da yeni qolçu - FOTO
29.09.2011 - 10:34
Premyer Liqanın VII turunun “Qəbələ” ilə oyunu daha 1 futbolçunun ilk dəfə “Xəzər Lənkəran”da qol vurması ilə əlamətdar oldu. Apasport.az-ın klubunun rəsmi saytına istinadən məlumatına görə, oyunda ilk qolunu vuran Antonio Semedo yeni klubundakı qol hesabını açıb. Bununla da portuqaliyalı futbolçu “Xəzər Lənkəran”da qol sevinci yaşayan 69-cu oyunçu olub. Bu matçadək 68 futbolçu komandanın formasında fərqlənmişdi.
Semedo buna nail olan 43-cü legioner və 2-ci portuqaliyalı olub. “Xəzər Lənkərn”da qol vuran ilk portuqaliyalı isə Renato Moreiro Queiros olub. O, 2008/09 mövsümünün Azərbaycan kubokunda fərqlənmişdi. Moreiro 1/8 final mərhələsinin NBC ilə Lənkəranda baş tutan ilk oyununda qol vurmuşdu. Bu matç 1058 gün əvvəl 2008-ci il oktyabrın 30-da baş tutub.

0
0