Yalnız 1-ci olmaq üçün - TƏQVİM
29.09.2011 - 10:39
Yalnız 1-ci olmaq üçün - TƏQVİM
Bu gün 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək IX qrupunun oyunları isə sabah başlayacaq.

Azərbaycan millisi, son 2 çempionatın qalibi olan İspaniya yığması, həmçinin Bosniya və Herseqovina ilə Ukrayna dairəvi sistemlə növbəti mərhələyə vəsiqə uğrunda yarışacaq. Turnirin əsasnaməsinə görə, yalnız qrup qalibi birbaşa 2-ci seçmə mərhələyə yüksəlir.

Belə ki, 4 komandalı 10 qrupun qalibləri mübarizəyə 2-ci mərhələdən başlayacaq Almaniya və Hollandiyaya qoşulacaq. Bu 12 komanda ilə yanaşı qrup ikincisi olan 4 ən yaxşı komanda da mübarizəni davam etdirəcək.

İkincilər arasında ən yaxşıların seçilməsində 1-ci və 3-cü yerin sahibləri ilə qarşılaşmaların nəticələri nəzərə alınacaq. Digər qruplarda mübarizənin başa çatmasını gözləyib digər ikincilərlə müqayisə olunmamaq üçün qrup qalibi olmaq zəruridir.

30 sentyabr
11:00. Ukrayna – Azərbaycan
Baş hakim: Berta Mariya Korreya Tavareş Teyşeyra (Portuqaliya)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

14:00. İspaniya – Bosniya və Herseqovina
Baş hakim: Kamena Georgiyeva (Bolqarıstan)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

2 oktyabr
13:00. Bosniya və Herseqovina – Ukrayna
Baş hakim: Marianna Svendsen (Danimarka)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

16:00. İspaniya – Azərbaycan
Baş hakim: Kamena Georgiyeva (Bolqarıstan)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

5 oktyabr
16:00. Azərbaycan – Bosniya və Herseqovina
Baş hakim: Marianna Svendsen (Danimarka)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

16:00. Ukrayna – İspaniya
Baş hakim: Berta Mariya Korreya Tavareş Teyşeyra (Portuqaliya)
Şüvəlan qəsəbəsi. AZAL stadionu