“Qəbələ”nin payız transferi – 40 oyuna 50 qol!
29.09.2011 - 10:55
“Qəbələ” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, qarşısına medallar uğrunda mübarizə aparmaq məqsədi qoyan şimal təmsilçisi hücum xəttini gücləndirib.
Sərəncamında kifayət qədər səviyyəli forvard olan baş məşqçi Toni Adams çoxdandır göz qoyduğu Serje Cehuanı komandaya cəlb edib.
Fil Dişi Sahilindən olan futbolçu dünən axşam saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana təşrif buyurub. Onunla klub rəhbərliyi arasında bu gün səhər saatlarında görüş olub. Birbaşa müqavilə üçün Bakıya gələn 27 yaşlı forvardla 2 illik sözləşmə imzalanıb.
Çoxları düşünə bilər ki, Cehua ilə indiki vaxtda müqavilə bağlamaq yersizdir. Çünki Azərbaycanda “transfer pəncərəsi” bağlıdır və o, debüt etmək üçün ən azından qışı gözləməlidir. Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu qanun transfer hüququ əlində olan futbolçular üçün keçərli deyil.
Yəni, Serjenin “Qəbələ”də forma geyinməsi ilə bağlı son çıxış etdiyi ölkənin federasiyası ilə AFFA-nın qarşılıqlı razılığı vacib deyil. Qaydaya görə, sərbəst futbolçu istənilən vaxtda klubla müqavilə bağlaya bilər. Bunu bariz nümunəsi London “Arsenal”ın ötən mövsümün sonuna yaxın almaniyalı qapıçısı Yens Lemannı transfer etməsi oldu.
Odur ki, Cehua Premyer Liqanın VIII turunda Qəbələdə “Rəvan”a qarşı görüşdə forma geyinə biləcək.
Qeyd edək ki, Cehua Azərbaycan azarkeşinə elə də yad sima deyil. Forvard son üç ildə Türkiyə Superliqasının ortabab klublarından sayılan “Antalyaspor”un formasını geyinib. Necati Ateşlə yaxşı tandem təşkil edən futbolçu azarkeşlərin xatirində yüksək sürəti və güclü zərbələri ilə qalıb.
2 ay öncə müqaviləsi başa çatan oyunçu “Antalyaspor” forması altında meydançaya çıxdığı 70 oyunda rəqib qapılarına 12 dəfə yol tapıb. “Antalyaspor” Cehuanın sonuncu klubudur, o, iyuldan bəri fərdi planda hazırlaşmaqla kifayətlənib.
Cehua “Antalyaspor”dan başqa, “Stella” və Afrikanın ən sayılıb-seçilən klublarından olan “Kaizer”in də şərəfini qoruyub. Onun “Stella” klubundakı göstəriciləri əladır – 40 oyuna 50 qol.
Təcrübəli forvard bu gün Qəbələyə gedib, komandanın məşqlərinə qatılacaq.

0
0