“Neftçi”də yeni “9” nömrə
29.09.2011 - 11:16
“Neftçi”də yeni “9” nömrə
“Neftçi” heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, bu gənc Əli Babayevdir. O, klubun U-16 komandasında oynayacaq.

Əli apasport.az saytının keçirdiyi sorğuya əsasən Azərbaycan futbolunun 100 illik tarixinin ən yaxşı futbolçusu seçilən Anatoli Banişevskinin nəvəsidir. Babası kimi ulduz futbolçu olmağı qarşısına məqsəd qoyan gənc istedad klubun saytına açıqlama da verib: "Futbolla uşaqlıqdan maraqlanmışam. Atam bu marağı görüb, məni futbol məktəbinə yazdırdı. "Neftçi"də oynamaq isə mənim çoxdankı arzumdur. Burada çıxış etmək mənim üçün böyük şərəfdir, çünki bir vaxtlar babam Anatoli Banişevski də bu klubda oynayıb. Dahi futbolçunun nəvəsi olmaq çox böyük məsuliyyətdir. Əlimdən gələni edəcəyəm ki, futbolda babam kimi parlaq iz qoyum. Çox sevinirəm ki, mən də babam kimi "Neftçi"nin 9 nömrəli formasında çıxış edəcəyəm".