Toni Adamsla 40-cı dəfə
29.09.2011 - 11:27
Toni Adamsla 40-cı dəfə
Azərbaycan Premyer Liqasının VIII turu “Qəbələ”nin baş məşqçisi Toni Adams üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 45 yaşlı ingilis mütəxəssis çempionatımızda yubiley – 40-cı oyununa çıxacaq. Bu, debütant “Rəvan”la ev matçında reallaşacaq.

2005-ci ildə yaranan klubun tarixinə 3-cü baş məşqçi kimi düşən Adams 39 matçda “Qəbələ”nin “sükanı arxasında” olub. 2010-cu ilin yayında müqavilə bağladığı komandanı ötən mövsüm 32 görüşə çıxaran ingilis çalışdırıcı bu il 8-ci matçla 40 həddinə çatır.

Qəbələlilər Adamsın rəhbərliyi altındakı çempionat matçlarında 16 qələbə qazanıb, 14 heç-heçə edib və 9 dəfə uduzub.

“Qəbələ” Toni Adamsın rəhbərliyi altında Premyer Liqada

mövsümOQHMTOPX
2010/11, təsnifat mərhələsi2287719-1431
2010/11, final mərhələsi1055012-420
2010/11, cəmi321312731-1851
2011/1273227-711
Cəmi391614938-2562


Qeyd edək ki, Adams kimi əvəzedici heyətin çalışdırıcısı Daril Villard da “Qəbələ”də 40-cı oyununu keçirəcək. İndiyədək onun rəhbərlik etdiyi əvəzedicilər 39 matçda 21 qələbə qazanıb, 9 heç-heçə edib və eyni sayda da uduzub. Onun yetirmələri 77 qol vurub və 43-ü buraxıblar.