İspaniya Futbol Federasiyası FİFA-dan kənarlaşdırıla bilər
29.09.2011 - 12:16
İspaniyanın “Saraqosa” klubu ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, “Şaxtyor”un (Ukrayna) sabiq futbolçusu Matuzalemin transferi üçün ödənməli olan məbləği vermədiyi üçün FİFA saraqosalılarla bağlı qərar verib.
Ali futbol qurumu Primerada çıxış edən komandanın hesabından 6 xal silinməsini lazım bilib. Bu isə hazırda hesabında 5 xal olan “Saraqosa”nın - 1 xalla sonuncu pilləyə düşməsi deməkdir. Düzdür bunu yalnız İspaniya Futbol Federasiyası rəsmiləşdirə bilər.
Lakin FİFA onlara da sərt üzünü göstərib. Qurumun qərarına əməl olunmasa, İspaniya FİFA üzvlüyündən çıxarılacaq. “Saraqosa”nın isə bu cəzadan sonra da pulu ödəməzsə, aşağı dəstəyə göndərilməsi mümkündür.
Qeyd edək ki, “Şaxtyor”a 13,9 milyon avro ödəməli olan İspaniya təmsilçisi artıq müflis olması ilə bağlı məhkəməyə müraciət edib və məsələ araşdırılır.

0
0