Lüləsi zay silah
29.09.2011 - 13:06
Hərdən insanın danışması fəlakətlə nəticələnir. Çünki danışdığını heç özü də dərk etmir! Peşəkarlıqdan dəm vursa da, müsahibələrində zərrədək əsası olmayan cümlələr işlətməklə ictimaiyyətin deyil, yalnız bəzi adamların rəğbətini qazanmağa çalışır. Gəl ki, alınmır, alınmayacaq da.
Şübhəsiz, az öncə qeyd etdiklərimizin hamısı yalnız bir adama aiddi. Qatıldığı televiziya proqramlarında, müsahibələrində daim hakimlikdən, PFL-dən və ölkə futbolunun acınacaqlı vəziyyətdə olmasından danışan, vəzifəyə keçdikdən həmən sonra hər şeyi əksinə danışan bu şəxs haqda nəsə deməyə ehtiyac da yoxdu. Milyonlarla insan onun nitqinin tonu və məcmununun işsizliyin sonuna hesablandığını çoxdan bilir.
Vitse-prezidentlik səlahiyyətini ölkə mətbuatını izləməklə bitmiş sayan, hətta hərdənbir klubun saytına xəbər yerləşdirməyi də bacaran bu adam çox güman özünü çalışdığı komandanın “ağır artilleriyası” hesab edir. Düşünür ki, yalnız onun kimi “peşəkar”ın danışması ilə bütün dedi-qodular, söz-söhbətlər və həlli mürəkkəb problemlər yoluna qoyulur. Əmin ola bilərsiniz ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqovu da buna inandırmağa nail olub.
Yazımızın “qəhrəmanı” Tahir Süleymanov “Bakı”nın futbolçusu Elvin Əliyevin xəsarət aldığı üçün İntizam Komitəsinin hüquqi qiymət verməməyinə, həmçinin “ağ-qaralar”ın cəzasız qalmasına edilən narazılığa cavab verib. Təbii ki, ağ yalanlarla. İşlətdiyi hər cümlə, hətta hər söz onun necə “yetənəkli” klub rəsmisi olduğunu göstərir.
Elvinin döyülməsinə göz yuman, bu haqda söhbət açmayan Süleymanov, bunun fonunda qışqır-bağır salıb ki, Flavinyonun zədələnməsinə görə “Bakı” cərimələnməli imiş.
“Sizli-bizli” – buna nə ad verək?
Hiss olunur ki, Elvinə dəyən yumruqdan yayınmaq üçün Tahir bəy maksimum sığortalanmağa çalışıb. Yoxsa heç olmasa, həqiqətin 1 faizini etiraf edərdi (etirafı böyük adamlar edir). Süleymanov elə hay-küy saldı ki, Elvinin döyüldüyünü iddia edənlərin və görənlərin cəzasız qalması üçün İntizam Komitəsi günahkar çıxdı. “Utanmasan oynamağa nə var?” – deyib, atalar.
Süleymanov daha sonra israrla bildirir, lakin konkret hər hansı şəxsə qarşı ittiham irəli sürməyə çəkinir ki, qalmaqalın böyüyərək bu həddə çatmasına görə məhz matçın baş hakimi Elçin Məmmədov günahkar imiş. Halbuki, özü də dərk edir ki (bəlkə də bildiyi budur), Məmmədov futbolçuların hərəkətlərinə görə yalnız 90 dəqiqə məsuliyyət daşıyır. Yəni, futbolçuları evlərinə qədər səssiz-səmirsiz ötürməli deyil.
Ən qəribə iddia isə Elvin Əliyevə xəsarət yetirən şəxslərin kimliyinə aydınlıq gətirmək üçün səsləndirilən sözlərdi. Süleymanov “daş atıb, başını tutur” ki, “Neftçi”nin hadisə ilə heç bir bağlılığı yoxdu.
Belədisə, onda nə üçün olay baş verən gün Sadıq Sadıqovun adından üzrxahlıq edildi? Məgər günahsız şəxs üzr diləməyə məcburdu? Günahsızlığını sübuta yetirə bilmədiyinizə görə klubun adından üzr istəmişdiz. Soruşmazlarmı ki, Tahir Süleymanov kimi “ağır artilleriyası” olan klub nə üçün üzr diləmək məcburiyyətində qalıb?
Belə çıxır ki, Süleymanovun silahının lüləsi zay imiş...

0
0