İntizam Komitəsi Elvin Əliyevin döyülməsi faktına yenidən baxacaq
29.09.2011 - 13:18
AFFA rəhbərliyi İntizam Komitəsinə müraciət edib. Apasport.az saytının məlumatına görə, quruma Premyer Liqanın VII turu çərçivəsində sentyabrın 23-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Neftçi” – “Bakı” oyunundan sonra baş vermiş insidentlə bağlı məktub ünvanlanıb.
Məktubda “Bakı” nın futbolçusu Elvin Əliyevin fiziki təzyiqə məruz qalması ilə nəticələnən hadisənin araşdırılması və AFFA-ya məlumat verilməsi xahiş olunub.
Məktubda “Bakı” nın futbolçusu Elvin Əliyevin fiziki təzyiqə məruz qalması ilə nəticələnən hadisənin araşdırılması və AFFA-ya məlumat verilməsi xahiş olunub.
0
0