1083 gündən sonra
29.09.2011 - 23:02
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi 3 illik fasilədən sonra Avropa çempionatına qatılır. Apasport.az saytının məlumatına görə, 2007/08 mövsümdə keçirilən ilk yarışın iştirakçısı olan komandamız növbəti çempionata qatıldıqdan sonra birinciliklərə qatılmırdı.
Həm 2007/08, həm də 2008/09 mövsümlərində Şamil Heydərobun rəhbərliyi altında 1-ci seçmə mərhələdə mübarizəni dayandıran yığmamız almaniyalı baş məşqçisi Sissi Raytın rəhbərliyi altında rəsmi debüt edəcək. Sabah Ukrayna ilə baş tutacaq görüş millimizin Avropa səhnəsindəki 1083 günlük həsrətinə son qoyacaq. Belə ki, komandamız sonuncu dəfə 2008-ci il oktyabrın 12-də İslandiya ilə qarşılaşmışdı.
1083 gündən sonra meydana çıxıb, ilk dəfə Azərbaycanda oynayacaq millimiz üçün Sissi Raytın debütü xoşbəxt rəqəm kimi sayılan 7-ci matçda qeyd olunacaq. Komandamız 3-cü cəhdə qədər 1 qələbə qazanıb, 1 heç-heçə edib və 4 dəfə məğlub olub. İndiyədək 3 qol vuran millimiz 16 top buraxıb.
Yığmamız Avropa çempionatının seçmə mərhələlərində
Azərbaycan yığmasının 3-cü dəfə qatıldığı qitə birinciliyi sayca 5-ci Avropa çempionatıdır. Ənənəvi olaraq, həmişə final mərhələsi İsveçrədə keçirilən yarışda yalnız 2 komanda çempion adını qazanıb. Son 3 ildə daim finalda oynayan İspaniya ilk cəhddə uduzsa da, ardıcıl 3-cü titulun arzusundadır. İlk 2 çempionatın qalibi Almaniya isə son 2 yarışda bürünclə kifayətlənib.
Qeyd edək ki, 4 komandanın qatılacağı İsveçrədəki final mərhələsində ilk 3 yeri tutan yığmalar gələn il Azərbaycanda keçiriləcək dünya çempionatına vəsiqə qazanır.

| mövsüm | Baş məşqçi | yer | oyunlar |
|---|---|---|---|
| 2007/08 | Şamil Heydərov | Polşa | Hollandiya 0:2, Polşa 0:4, Yunanıstan 2:1 |
| 2008/09 | Şamil Heydərov | İtaliya | Italiya 1:3, Fransa 0:6, İslandiya 0:0 |
| 2011/12 | Sissi Rayt | Azərbaycan | Ukrayna, Bosniya və Herseqovina, İspaniya |
Azərbaycan yığmasının 3-cü dəfə qatıldığı qitə birinciliyi sayca 5-ci Avropa çempionatıdır. Ənənəvi olaraq, həmişə final mərhələsi İsveçrədə keçirilən yarışda yalnız 2 komanda çempion adını qazanıb. Son 3 ildə daim finalda oynayan İspaniya ilk cəhddə uduzsa da, ardıcıl 3-cü titulun arzusundadır. İlk 2 çempionatın qalibi Almaniya isə son 2 yarışda bürünclə kifayətlənib.
| il | çempion | II yer | III yer |
|---|---|---|---|
| 2007/08 | Almaniya | Fransa | Danimarka |
| 2008/09 | Almaniya | İspaniya | Fransa |
| 2009/10 | İspaniya | İrlandiya | Almaniya |
| 2010/11 | İspaniya | Fransa | Almaniya |
| 2011/12 |

0
0