Toni Adams: Bu amili də nəzərə almalıyıq
29.09.2011 - 23:04
“Rəvan” son turda qələbə qazanıb. Komandada əhval ruhiyyə yaxşıdır. Onlar qələbə seriyasını bizimlə matçda da davam etdirməyə çalışacaqlar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
Bu gün Premyer Liqanın VIII turu çərçivəsində “Qəbələ” “Rəvan”la üz-üzə gələcək. Mövsümə iddialı başlayan və ilk 5 oyunda 11 xal toplayan əyalət təmsilçisi son 2 görüşdə büdrəyib.
Əvvəlcə “Neftçi”yə məğlub olan Toni Adamsın komandası Lənkəran səfərindən də xalsız dönüb. Ardıcıl xal itkilərinə görə “Qəbələ” turnir cədvəlində 4-cü pilləyə yuvarlanıb və liderdən 8 xal geri qalır. Təbii ki, bu uğursuz seriyaya son qoymaq üçün ingilis mütəxəssis yetirmələrindən ancaq qələbə gözləyir.
Komandasından daha çox rəqib haqda danışan Adams “Rəvan”ı ötənilki “Muğan”la da əlaqələndirib: “Rəvan”da yeni baş məşqçi var ki, bu amili də nəzərə almalıyıq. İndiki komandanın əksər üzvləri ötənilki “Muğan”ın formasını geyinirdilər. Həmin vaxt ilk “altılığ”a gedən yolda yolumuzu da məhz “Muğan” kəsdi. Düzdür, sonradan ikinci “altılıq” çərçivəsində keçirdiyimiz oyunlarda qalib gəldik. Ancaq bu, heç nəyi dəyişmədi”.
Matçın çətin keçəcəyinə toxunan baş məşqçi azarkeşlərin maraqlı qarşılaşma izləyəcəyini bildirib: “Çətin, amma maraqlı oyun olacaq. Əlbəttə, 3 xalı biz qazanmaq istəyirik”.

0
0