Mahmud Qurbanov: Əlimizi yanımıza salıb, uduzmaq haqda düşünmürük
29.09.2011 - 23:08
“Əlimizi yanımıza salıb, uduzmaq haqda düşünmürük. Heç olmasa, bir xal qazanmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
Premyer Liqanın debütantlarından olan Sumqayıt təmsilçisi bu dəfə “Kəpəz”in qonağı olacaq. Azərbaycan çempionatında Sumqayıt və Gəncə təmsilçilərinin qarşılaşması hər zaman gərgin və maraqlı keçib.
Amma bu günkü qarşılaşma haqda bunu demək olmaz. Çünki “Sumqayıt Şəhər” hazırda turnir cədvəlinin sonucu sırasında qərarlaşıb və qələbə qazanmayan yeganə komandadır. Ona görə də cütün aşkar favoriti Gəncə klubudur.
Qurbanov üçün oyunun digər bir əhəmiyyəti vaxtilə “Kəpəz”in heyətində top qovması, gəncəli azarkeşlərin rəğbətini qazanmasıdır. Elə buna görə də futbolçu matçın onun üçün xoş məcrada keçəcəyinə inanır: “Futbolçu kimi Gəncədə yetişmişəm. “Kəpəz”in uğurlarında da pay sahibi olmuşam. Buna görə yerli azarkeşlər qarşısında oynamaq çətin olmayacaq. Əksinə, rəqib komandanın heyətində meydana çıxsam da, doğma meydanda oynamağım xoş olacaq”.
“Kəpəz”in meydana baş məşqçisiz çıxmaq ehtimalı yaranıb. Belə ki, atası rəhmətə getdiyi üçün Mehman Allahverdiyev oyunda iştirak etməyə bilər. Bunun “Sumqayıt Şəhər”in nə dərəcədə xeyrinə işləyəcəyinə gəldikdə, yarımmüdafiəçi oyun saatını gözləməyi məsləhət bildi: “Mehman müəllimlə baş sağlığı vermişəm. Onun texniki zonada olmayacağının oyuna necə təsir edəcəyini matç zamanı görəcəyik”.

0
0