Amit Quluzadə komandasına kömək edə bilmədi
29.09.2011 - 21:46
Amit Quluzadə komandasına kömək edə bilmədi
Amit Quluzadə Türiyənin Bank Asiya liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası “Kayseri Erciyesspor” 4-cü turda doğma meydançada “Dənizlispor”u qəbul edib.

İlk üç turda 2 heç heçə edib, 1 qələbəyə sevinən Kayseri təmsilçisi bu dəfə meydançanı bir xalla tərk edib. Amit Quluzadə meydançaya start heyətində çıxıb və son dəqiqələrdə Camalla əvəzlənib.

Amitin komandası oyunun gedişində məğlub duruma düşsə də, 47-ci dəqiqədə Emrahın qolu ilə hesabda tarazlıq yaratmağa müvəffəq olub.

Atatürk İdman Kompleksinin ehtiyat meydançasında keçirilən görüşdə Amitin komandası bu heyətlə mübarizə aparıb:

Ferhat, Fatih, Cemil, Serkan, Emrah (Cenk), Amit (Cemal), Kemal, Metin (Posinkoviç), Davut Babur, Hanni, Gökhan.