Amit Quluzadə Türkiyədə “5” aldı
30.09.2011 - 08:52
Amit Quluzadə Türkiyədə “5” aldı
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyə çempionatında keçirdiyi növbəti oyunda da qənaətbəxş təsir bağışlayıb. Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi Bank Asiya I Liqada şərəfini qoruduğu “Ərciyəsspor”un heyətində “Dənizlispor”a qarşı matçda forma geyib.

Start heyətində yer alıb 90+2-ci dəqiqədə əvəzlənən həmyerlimiz 1:1 hesablı heç-heçəyə şahid olub. Türkiyə mətbuatı futbolçumuzun bu görüşdəki əməyini 5 balla qiymətləndirib. Bu, Kayseri təmsilçisinin heyətində 2-ci göstəriciyə malik 7 futbolçudan 1-i olmağa imkan verib. Belə ki, 1 oyunçu daha yüksək, 6-sı isə Amitdən aşağı qiymətə layiq görülüb.