“Dalğa Arena”da 2 darmadağın - YENİLƏNİB
30.09.2011 - 14:48
“Dalğa Arena”da 2 darmadağın - YENİLƏNİB
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək IX seçmə qrupunda 2 matç keçirilib.

“Dalğa Arena”ya öncə Azərbaycan və Ukrayna yığmaları çıxıblar. Millimizi ilk dəfə rəsmi matça çıxaran almaniyalı baş məşqçi Sissi Raytın debütünü qonaqlar korlayıb. Belə ki, ukraynalılar 3 cavabsız qolla yığmamızı darmadağın ediblər.

Günün 2-ci oyunu daha məhsuldar keçib. Son 3 çempionatın finalçısı, son 2 yarışın qalibi olan İspaniya millisi debütant Bosniya və Herseqovinaya rəhm etməyib. Pireneylilər ilk 33 dəqiqədə qapısını toxunulmaz saxlayan balkanlıları sonrakı 47 dəqiqədə 6 dəfə məyus ediblər – 6:0.

Qeyd edək ki, ilk oyun günü 9 qolla başa çatan seçmə turnirin 2-ci turu oktyabrın 2-də baş tutacaq. Millimiz həmin gün Avropanın 2 ən titullu komandasından biri olan İspaniya ilə qarşılaşacaq.

30 sentyabr

11:00. Ukrayna – Azərbaycan - 3:0
QOLLAR: Tatyana Kozırenko, 31-pen, 68, Yana Malaxova, 53
Baş hakim: Berta Mariya Korreya Tavareş Teyşeyra (Portuqaliya)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

14:00. İspaniya – Bosniya və Herseqovina - 6:0
QOLLAR: Nuriya Mendoza, 34(pen),38, Karla Puqqros, 40,68, Alba Pomares 59, Ana Lopez 72
Baş hakim: Kamena Georgiyeva (Bolqarıstan)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu