Almaniyalı futbolçu: Azərbaycanda oynamaqdan qorxdum
30.09.2011 - 09:45
Almaniya milli komandasının sabiq futbolçusu Niko Frommer karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu bir müddət əvvəl Premyer Liqa klublarından birinin maraq dairəsinə düşübmüş.
Hazırda Almaniyanın 3-cü liqa təmsilçisi “Heydenheym”in şərəfini qoruyan futbolçu almaniya mətbuatına müsahibəsində ölkəmizdə oynamaqdan imtina etməsinin səbəbini açıqlayıb: “Azərbaycan və İrandan təklif almışdım. Orada xeyli çox pul qazana bilərdim. Amma orada oynamaqdan bir az qorxdum”.
Qeyd edək ki, Almaniyanın U-21 (7 oyun, 1 qol), olimpiya (2 oyun) və B yığmalarında (2 oyun) oynamış Frommer məşhur “Ştutqart” (1997-2000), Mönhenqladbax “Borussiya”sı (1999, icarə əsasında), “Ayntraxt” (2003-05) kimi klublarla yanaşı aşağı dəstə təmsilçilərində də çıxış edib.

0
0