“Xəzər Lənkəran”ın ilk məğlubiyyəti
30.09.2011 - 20:04
“Xəzər Lənkəran”ın ilk məğlubiyyəti
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın Avro-2012-in seçmə mərhələsində son oyunları ilə əlaqədar 2 həftəlik fasiləyə çıxmağa hazırlaşan klublar bu ayda axırıncı dəfə meydana çıxıblar.

Liderlər fasiləyə fərqli əhval-ruhiyyədə yollanıblar. “Xəzər Lənkəran” mövsümdə ilk məğlubiyyətini alsa da zirvədəki mövqeyini qoruya bilib. Cənublulara qalib gələn “İnter”, həmçinin öz aralarındakı oyunları ehtiyatda qalan “Neftçi” və “Qarabağ”
Qələbə qazanmaqla vəziyyətlərini xeyli yaxşılaşdırıblar.

Mövsümə yaxşı başlayan “Qəbələ”, həmçinin böyük iddiaları olan “Bakı” yenə xal itiriblər. Öz meydanında büdrəyən bu 2 komandadan yalnız “Bakı” 1 xala sevinib. Qəbələdən 3 xalla ayrılan “Rəvan” isə turnir cədvəlində vəziyyətini xeyli düzəldib. Bu baş məşqçi dəyişikliyindən sonra 2-ci oyunda 2-ci qələbədir.

30 sentyabr

“Qəbələ” – “Rəvan” 2:3
QOLLAR: Murad Hüseynov, 7; Dodo, 77 - Murad Hüseynov, 22 (avtoqol); Con Pelu, 35, Samuel Barlay,52
Qırmızı vərəqə: Şerif Suma, 75 (birbaşa)
Hakimlər: Ceyhun Haşımov , Ramiz Əsədov , Namiq Hüseynov, Elçin
Məmmədov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

“Kəpəz” – “Sumqayıt Şəhər” - 1:1
QOLLAR: Ceyhun Sultanov, 63 - Eldar Məmmədov, 38
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Elman Musayev, Anar Salmanov
Gəncə. Şəhər stadionu

“Bakı” – AZAL - 0:0
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ” – “Turan” - 3:1
QOLLAR: Vüqar Nadirov, 23, Ansi Aqolli, 54, Rəşad Sadıqov, 84 - Namiq Əliyev, 51
Hakimlər: Elnur Muradov, Nahid Əliyev, Azad Ə.Hüseynov, Alik Yunusov
Bakı. "Dalğa Arena" stadionu

“Simurq” – “Neftçi” - 1:2
QOLLAR: Tofiq Mikayılov, 84 - Mirhüseyn Seyidov, 9, Fərid Quliyev, 90
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Rəhim
Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

“İnter” – “Xəzər-Lənkəran” - 1:0
QOL: Nizami Hacıyev, 65
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Fuad
Həsənov
Bakı. "Şəfa" stadionu

 KomandaOQHMQollarXallar
1Xəzər Lənkəran861113-519
2Neftçi750211-515
3İnter84226-514
4Qarabağ74129-513
5Bakı83328-612
6Kəpəz832314-1311
7Qəbələ83239-1011
8Rəvan823310-119
9AZAL823310-129
10Simurq82247-108
11Turan82067-136
12Sumqayıt Şəhər80353-123


Bombardirlər: Sergey Artux (Turan), Yuri Fomenko (Kəpəz) – 4.