Serje Cehua: Harada oynayacağımı yaxşı bilirəm
30.09.2011 - 12:04
“Azərbaycana gəlmək variantını çox düşündüm. Sonda qərarımı verib, ölkənizə gəldim”. Bu sözləri apasport.az saytını açıqlamasında “Qəbələ” klubunun yeni transferi Serje Cehua deyib.
Bu gün komanda ilə 2 illik müqavilə bağlayan forvard Premyer Liqanın VIII turunda meydana çıxa biləcək. Viktor Mendi zədələndikdən sonra transferi reallaşan 27 yaşlı hücumçu ölkəmiz haqda internetdən məlumat toplayıb: “Son üç ildə Türkiyədə oynamışam. Ölkəniz barədə internet vasitəsi ilə xəbər tutdum. Bilirəm ki, “Qəbələ”nin baş məşqçisi Toni Adamsdır. Yəni, harada, kimin rəhbərliyi altında oynayacağımı çox yaxşı bilirəm. Komandanın yeni stadionunun son standartlara cavab verməsi də bildiklərim arasındadır”.
Son 3 ayda futbolsuz qalan Serje hazırkı durumu ilə bağlı da danışıb: Özümü yaxşı hiss edirəm. Komandanın heyətində yaxşı futbolçular var. Onların və öz gücüm sayəsində yaxşı oynaya biləcəyəm. Əlbəttə, nə qədər faydalı olacağımı zaman göstərəcək”.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan Ceuanın son klubu Superliqa təmsilçisi “Antalyaspor” idi. O, “Qəbələ”yə azad agent statusu ilə transfer olunub.

0
0