3-cü darmadağın
30.09.2011 - 12:23
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə darmadağın olub. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin Bakıdakı seçmə oyunlarında Ukraynaya 0:3 hesabı ilə uduzan Sissi Raytın yetirmələri almaniyalı baş məşqçilərinin debütünü korlayıb.
Bu, komandamızın qitə çempionatının seçmə matçlarında, ümumilikdə rəsmi matçlarda 3-cü böyük hesablı məğlubiyyəti olub. Komandamız sonuncu dəfə 1086 gün əvvəl 2008-ci il oktyabrın 9-da Fransa ilə qarşılaşmada acınacaqlı yenilgi almışdı – 0:6.
Komandamızın ilk darmadağını isə 2007-ci ildə qeydə alınıb. Həmin vaxt oktyabrın 10-da Polşa futbolçuları 4 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, millimiz cəmi 7 rəsmi matç keçirib, bunların 5-də uduzaraq 1 qələbə və 1 heç-heçə ilə təsəlli tapıb.

0
0