“Qalatasaray”ın futbolçusu millimizə qarşı oynamayacaq
30.09.2011 - 12:51
Türkiyə millisinin Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığması ilə oktyabrın 11-də İstanbulda keçiriləcək rəsmi oyun öncəsi heyətlə bağlı problemləri davam edir. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” kapitan Əmrə Belözoğlunun ardınca daha bir orta sahə oyunçusu – Səlcuk İnanın xidmətindən məhrum olub.
Cari mövsümdən “Qalatasaray”da oynayan 26 yaşlı yarımmüdafiəçi zədə üzündən seçmə mərhələnin son 2 oyunundan kənarda qalacaq. Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink onları yarımmüdafiənin mərkəzində “Beşiktaş”lar – Mehmet Aurelio və Necip Uysalla əvəzləməyi düşünür.
Qeyd edək ki, 2007-ci ildən şərəfini qoruduğu yığmada 13 oyun keçirən Səlcuk milli komandamıza cari seçmə mərhələdə Bakıda 0:1 hesabı ilə uduzduqları görüşdə iştirak etmişdi.

- “Real Madrid” Mbappeyə görə Çindən üzr istədi – RƏSMİ
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
0
0