“Xəzər Lənkəran”dan “Neman”a
30.09.2011 - 13:22
“Xəzər Lənkəran”ın sabiq futbolçusu İvan Pexa özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı slovakiyalı müdafiəçi karyerasını yenidən Belarusda davam etdirəcək. Pexa Qrodnonun “Neman” klubu ilə cari çempionatın sonuna kimi müqavilə bağlayıb. Müdafiənin mərkəzində çıxış edən İvan 38 nömrəni daşıyacaq.
Legioner belaruslulara son illərin dəyişməz çempionu BATE-də (2008-09-cu illər) oynadığı vaxtdan tanışdır. İvan möhkəmlənə bilmədiyi, cəmi 4 oyun keçirdiyi bu komandadan 2009-cu ildə “Xəzər Lənkəran”a keçdi. Lənkəran təmsilçisində əsas heyətin dəyişilməz üzvü olan Pexa çempionatımızın 32 oyundan 31-də meydanda oldu. O, 1 oyunu cəza üzündən buraxmaq məcburiyyətində qaldı. Ötən ilin yayında “Xəzər Lənkəran”dan gedəndən sonra 1 il kənarda qalan slovakiyalı nəhayət, yaşıl meydanda çıxışını davam etdirəcək.
Qeyd edək ki, “Neman” 12 komanda arasında 11-ci yerdə gedir.

0
0