Millimiz qapını itirib
30.09.2011 - 13:27
Millimiz qapını itirib
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası “Dalğa Arena” stadionunun qapısını itirib. Apasport.az saytının məlumatına görə, yığmamız Avro-2012-nin seçmə mərhələsinin Bakıda keçirilən turnirinin Ukrayna ilə ilk qarşılaşmasında çərçivəyə 1 dəfə də olsun zərbə endirməyib. Topu 4 dəfə qapı istiqamətində göndərən Sissi Raytın yetirmələri hədəfi itirdiyindən dəqiq nişan almayıb. Qonaqlar isə 2,5 dəfə çox zərbə vurmaqla bunların yarısında hədəfə düşüblər.

Ukrayna  Azərbaycan
3Qollar 0
5Çərçivəyə zərbələr 0
5Qeyri-dəqiq zərbələr 4
5Künc zərbələri 1
10Qayda pozuntuları16
0Sarı vərəqələr1
0Qırmızı vərəqələr0