“Məğlubiyyəti hansısa futbolçunun üzərinə yıxmaq istəmirəm”
30.09.2011 - 16:47
“Biz bu gün potensialımızdan istifadə edə bilmədik. Söhbət heç də 0:3 hesabı ilə məğlub olmağımızdan getmir. Ötürmələrdə kobud səhvlərə yol verdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandasının baş məşqçisi Sissi Rayt deyib.
Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinə uğursuz başlayan yığmamız ilk görüşdə Ukraynaya böyük hesabla yenildi – 0:3.
Rayt məğlubiyyətdə konkret kimisə günahlandırmayıb: “Faiz etibarilə danışsaq, imkanlarımızdan 30-40 faiz istifadə edə bildik. Məğlubiyyəti hansısa futbolçunun üzərinə yıxmaq istəmirəm. Komanda şəklində uduzduq”.
Ukrayna millisinin baş məşqçisi Mikola Lisenko təşkilatçılığa görə AFFA-ya minnətdarlıq edib: “Təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirmək istərdim. Azərbaycan yığması qısa müddət ərzində yaxşı komanda kimi formalaşıb. Maraqlı oyununun şahidi olduq. Düşünürəm ki, biz daha yaxşı oynadıq və yaratdığımız imkanlardan yararlanmağı bacardıq. Rəqibimizə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

0
0