Vladislav Qədirov: “Rəvan” yalnız qələbəyə köklənmişdi
30.09.2011 - 17:39
Vladislav Qədirov: “Rəvan” yalnız qələbəyə köklənmişdi
“Maraqlı oyun alındı. Hesabda geri düşməyimizə baxmayaraq, oyunda dönüş yarada bildik”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov deyib.

O Premyer Liqanın VIII turunda səfərdə “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəldikləri görüşdə futbolçularından razı qalıb: “Hər iki hissədə qol vurduq. Qalib gəlmək istəyirdik, komanda yalnız qələbəyə köklənmişdi. Futbolçularıma təşəkkürümü bildirirəm”.