“Ən pis oyunlarımızdan birini keçirdik”
30.09.2011 - 17:50
“Ən pis oyunlarımızdan birini keçirdik”
“Bu, “Qəbələ”də 40-cı matçım idi, lakin işlədiyim vaxtda ən pis oyunlarımızdan oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Toni Adams deyib.

İngilis mütəxəssis Premyer Liqanın VIII turunda “Qəbələ” – “Rəvan” matçından sonra mətbuat konfransında ardıcıl 3-cü məğlubiyyəti şərh edib. Adams bildirib ki, 2:3 hesabı ilə uduzduqları qonaq komanda heç də zəif təsir bağışlamayıb: “Rəqibi qiymətləndirməmək olmaz. “Rəvan” çox yaxşı komandadır”.