“Biz iki xal itirdik”
30.09.2011 - 18:20
“Biz iki xal itirdik”
“Komandanın oyunundan razı qaldım. Bir neçə oyunçu dəyişikliyi etdik, onlar da özünü doğrultdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt Şəhər” klubunun baş məşqçisi Bernhard Raab deyib.

O, Azərbaycan Premyer Liqasının VIII turunun “Kəpəz”lə qarşılaşmasındakı 1:1 hesablı heç-heçədən də narazı qalıb: “İkinci qolu da vura bilərdik, lakin buna nail ola bilmədik. Komandaya oyuna görə təşəkkür edirəm, sona kimi mübarizə apardılar. Bu gün biz iki xal itirdik”.