“Futbolçular da düşünməməlidir ki...”
30.09.2011 - 20:41
“Birinci hissənin əvvəlində bir qədər çətinlik çəkdik. Qol vurduqdan sonra isə tədricən istədiyimiz oyunu göstərməyə başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O, Azərbaycan Premyer Liqasının VIII turunun “Turan”la ev oyunu (3:1) haqda fikirlərini açıqlayıb: “Hər iki komanda açıq oyun oynadı. Vacib olan üç xalı qazanmaq idi. Heç kim, hətta futbolçular da düşünməməlidir ki, çempionatda zəif komanda var. Komandalar tədricən daha hazırlıqlı, daha güclü futbol oynayırlar. Bu gün “Rəvan” “Qəbələ”ni məğlub etdi. Həqiqətən maraqlı çempionat gedir. Hələ heç nə məlum deyil, hər bir komanda hər turda xal itirə bilər. Bu gün tam istədiyimiz oyunu oynamasaq da, futbolçularımdan razı qaldım. “Turan”a uğurlar arzulayıram”.
Mənbə: pfl.az

- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0