Mirça Rednik: “İnter” qələbəyə layiq idi
30.09.2011 - 21:12
Mirça Rednik: “İnter” qələbəyə layiq idi
“İlk növbədə “İnter”i təbrik edirəm. İlk hissədə “İnter” topa daha çox nəzarət etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Azərbaycan Premyer Liqasının VIII turunun “İnter”lə qarşılaşması haqda danışıb: “İkinci hissədə isə biz daha yaxşı oynadıq. Müdafiədə kobud səhvə yol verdik, qol buraxdıq. “İnter” qələbəyə layiq idi. Rəqibimiz müdafiədə çox yaxşı oynadı”.

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyununda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Mənbə: pfl.az